Ukraynada karantinə etirazda 40 polis yaralandı - FOTOlar

16 Dekabr 2020 12:39

15 gündür Ukraynada yeni karantin qaydalarına və şirkətlərin kassa aparatlarından istifadə etmə məcburiyyətinə qarşı etiraz aksiyaları keçirilir.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, dünən paytaxt Kiyevdə polislə nümayişçilər arasında gərginlik artıb.

Şəhərin Hirsatik Meydanında çadır qurmaq istəyən vətəndaşlarla hüquq-mühafizə orqanlarının qarşıdurması olub. Hadisə zaman 40 polis əməkdaşı yaralanıb.

Qeyd edək ki, Ukrayna hökuməti vergi məsələsində şəffaflığı təmin etmək üçün özəl və kiçik ölçülü şirkətlərin 1 yanvar 2022-ci il tarixindən etibarən kassa aparatlarından istifadə etmələrini tələb edən bir qanun layihəsi hazırlayıb. Həmçinin ölkədə sərt karantin rejimi 8-24 yanvar tarixlərində tətbiq ediləcək.

Milli.Az