"İşsizlik birtəhər edib, çətindir" - Sevda

16 Dekabr 2020 11:54

"Çox yorulduq bu vəziyyətdən. Nə qədər boş oturmaq, bekar qalmaq olar".

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Sevda Sanəliyeva sosial şəbəkədəki paylaşımında yazıb. Sənətki karantindən, işsizlikdən gileylənib.

Sevda daha sonra "Əsas uşaqlarımız üçün yaxşı olsun. Bizim xoşbəxtliyimiz onlardadır. Yaxşı ki, uşaqlar var. İşsizlik birtəhər edib. İşləməyə öyrəşən adam üçün çətindir. Yaxşı ki, şirniyyatlar bişirirəm. O da olmasa nə edərdim" sözlərini əlavə edib.

Milli.Az