Lənkəran şəhərində ümumi sahəsi 100 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 30 kv.m sahədə yanıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas edilərək təhlükəsiz əraziyə təxliyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Milli.Az