“Beşiktaş”da koronavirusa daha bir yoluxma

16 Dekabr 2020 10:19

Türkiyənin "Beşiktaş" klubunda növbəti koronavirus testlərinin nəticələri açıqlanıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki,Türkiyə kubokunun 5-ci mərhələsinin "Tarkus İdman Yurdu" ilə oyunundan öncə verilən testlərdən biri pozitiv nəticələnib.

Dekabrın 17-də baş tutacaq qarşılaşmadan öncə infeksiyaya yoluxan futbolçunun adı açıqlanmayıb. Həmin oyunçu təcrid edilib və karantinə alınıb.

Qeyd edək ki, cari mövsümdə "Beşiktaş"ın 11 futbolçusunun testi müsbət nəticələnib.

Milli.Az