Nuri Şahinin rekordunu yenilədi - Yussuf Mukoko

16 Dekabr 2020 09:34

Dortmund "Borussiya"sının futbolçusu Yussuf Mukoko Almaniya Bundesliqasının tarixinə düşüb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, hücumçu "Verder"lə qarşılaşmada meydana çıxmaqla çempionatın tarixində ən gənc futbolçu olub.

Mukokonun debütü 16 yaş 25 günlüyündə gerçəkləşib. O, Nuri Şahinə məxsus rekordu yeniləyib. Türk futbolçu Bundesliqada 16 yaş 335 günlüyündə debüt edib.

Qeyd edək ki, "Borussiya" Bremendə keçirilən matçda 2:1 hesablı qələbə qazanıb.

Milli.Az