Karantin qaydalarını pozan futbolçu qovuldu

16 Dekabr 2020 10:09

Belçikanın "Ostende" klubu futbolçusu Fabris Ondoa ilə müqaviləni pozub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, buna kamerunlu qapıçının koronavirus pandemiyası dövründə əyləncə məclisi təşkil etməsi səbəb olub.

Ötən həftə 24 yaşlı qapıçının evindən səs-küy gəldiyini eşidən qonşular polis çağırıblar. Bu zaman Ondoanın təqribən 10 nəfərlik məclis quraraq karantin qaydalarını pozduğu məlum olub.

Ondoanın qonaqları hadisə yerinə gəlmiş polislərə hücum etməkdən də çəkinməyiblər.

Milli.Az