"Mançester Siti"dən xal itkisi, "Çelsi"dən növbəti məğlubiyyət - VİDEO

16 Dekabr 2020 09:49

İngiltərə Premyer Liqasında 13-cü tura start verilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
 
Son turda "Everton"a məğlub olan "Çelsi" bu dəfə də "Vulverhempton"a uduzub - 1:2. "Mançester Siti" isə doğma meydanda autsayderlərdən olan "Vest Bromviç"i qəbul edib və 1:1 hesablı bərabərə qalıb.
 
15 dekabr
 
"Vulverhempton" - "Çelsi" -  2:1
Qollar: Podense, 66, Neto, 90+5 - Jiru, 49
 
"Mançester Siti" - "Vest Bromviç" - 1:1
Qollar: Gündoğan, 30 - Dias, 43-avtoqol

Milli.Az