Dünya bazarlarında təbii qaz ucuzlaşıb

16 Dekabr 2020 09:54

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

Milli.Az APA-ya istinadən bildirir ki, gələn ilin yanvarında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 0,15% azalaraq 2,663 ABŞ dolları təşkil edib.

Milli.Az