İbrahimoviç növbəti matçı da buraxacaq

15 Dekabr 2020 18:46

"Milan"ın futbolçusu Zlatan İbrahimviç A Seriyasının 12-ci turunda "Cenoa" ilə matçı buraxacaq.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu haqda baş məşqçi Stefano Pioli danışıb. O, 39 yaşlı hücumçunun fərdi məşq etdiyini və oyuna hazır olmadığını bildirib.

Qeyd edək ki, sabah keçiriləcək "Cenoa" - 2Milan" matç Bkı vaxtı ilə 23:45-də start götürəcək.

Milli.Az