Baş məşqçi kimi 4-cü qayıdış

15 Dekabr 2020 19:35

İtaliyanın "Cenoa" klubunda növbəti baş məşqçi dəyişikliyi olacaq.

Milli.Az apasport.az-a istinadla bildirir ki, son illərdə çalışdırıcısını tez-tez dəyişən Genuya təmsilçisi Rolando Maranı istefaya göndərəcək.

Klub rəhbərliyi komandanın çıxışından narazı qaldığı üçün mütəxəssislə yollarını ayırmaq niyyətindədir. Onu Davide Ballardininin əvəzləyəcəyi gözlənilir.

Qeyd edək ki, əvvəllər üç dəfə (2010-11, 2013, 2017-18) "Cenoa"nın baş məşqçisi olan Ballardini Genuya klubundan ayrılandan sonra işsizdir.

Milli.Az