Türkiyə ordusu 4 terrorçunu zərərsizləşdirdi

15 Dekabr 2020 17:49

Türkiyə xüsusi təyinatlı qüvvələri Suriyada "Fərat qalxanı" əməliyyat zonasına daxil olmağa çalışan 4 PKK terrorçusunu zərərsizləşdirib.

Milli.Az unikal.org-a istinadən bildirir ki, bu barədə çərşənbə axşamı Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Bölgədə sülhü və təhlükəsizliyi pozmağa çalışan terrorçular Türkiyə xüsusi təyinatlılarının uğurlu əməliyyatı zamanı məhv edildi", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan PKK terrorçularının ilk dəfə qanlı cinayət törətdikləri 1984-cü ildən başlayaraq 2020-ci ilin martına qədər 7500 türk təhlükəsizlik əməkdaşının və 6800 mülki şəxsin bu təşkilatın qurbanı olduğunu deyib. ABŞ və Avropa Birliyi PKK-nı terror təşkilatları siyahısına salıb.

Milli.Az