“Maria ilə Mustafa” reytinq qurbanı oldu

15 Dekabr 2020 19:12

Türkiyədə yayımlanan "Maria ilə Mustafa" finala çıxır.

Milli.Az axşam.az-a istinadən bildirir ki, hələ 15-ci bölümü yayımlanan ekran işinin finala çıxması haqqında qərar qəbul edilib.

Baş rollarında Hilmi Cem İntepe və Cessika Meyin çəkildiyi serial 17-ci bölümlə sonuncu dəfə yayımlanacaq. Ekran işinin finala çıxmasının səbəbi gözlənilən reytinq verə bilməməsidir.

Hazırda Kapadokiyada lentə alınan serialın çəkilişləri bitdikdən sonra aktyor heyəti İstanbula qayıdacaq.

Milli.Az