"Qəbələ"dən ayrıldı, İspaniya klubuna keçdi

15 Dekabr 2020 15:47

Rodriqo Qattas "Qəbələ"dən ayrılıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, çilili oyunçu karyerasını İspaniyada davam etdirəcək. 29 yaşlı hücumçu İspaniya 4-cü liqa təmsilçisi "Montijo" ilə müqavilə imzalayıb. Bu barədə klubun saytı məlumat yayıb.

Qeyd edək ki, "Montijo" 9 turdan sonra 23 xalla 4-cü liqada liderdir.

Xatırladaq ki, Rodriqo Qattas "Qəbələ"yə 2020-ci ilin əvvəlində keçmişdi.

Milli.Az