"Çukur"da yeni sima - FOTO

15 Dekabr 2020 18:17

Türkiyənin məşhur serialı "Çukur"a daha bir aktrisa daxil olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, günbəgün aktyor heyəti genişlənən ekran işində aktrisa Begüm Akkaya da çəkiləcək. O, serialda Seher obrazına həyat verəcək. İddialı layihə artıq 4-cü mövsümdür ki nümayiş olunur.

Qeyd edək ki, Begüm Akkaya bir müddət əvvəl "Yeni Hayat" adlı ekran işində çəkilib.

Milli.Az