Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 3 837 yoluxma halı qeydə alınıb, 44 nəfər ölüb.
Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı xüsusi internet saytında məlumat verilib.
Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 194 900, ölənlərin sayı isə 1 883 nəfərə çatıb.
Virusa yoluxanlardan 164 786 nəfərin sağaldığı bildirilir.
Milli.Az