"Futboldan daha çox boksa baxmağı üstün tuturam" - Ronaldu

15 Dekabr 2020 12:13

"Yuventus"un hücumçusu Kriştianu Ronaldu döyüş idman növlərini izləməyi sevdiyini açıqlayıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə "DAZN"a açıqlamasında bildirib:

"Futbol oynamaq mənim həvəsimdir, amma televiziyada digər idman növlərinə baxmağa üstünlük verirəm. Bir futbol matçı, boks və ya UFC döyüşü izləmək arasında boks və ya UFC seçirəm".

Qeyd edək ki, Ronaldu 2018-ci ilin yayından "Yuventus"da oynayır.

Milli.Az