Zaur Kamal “Xəzər”dən ayrıldı

15 Dekabr 2020 09:39

Aparıcı Zaur Kamal "Xəzər" TV-dən ayrılıb.

Milli.Az unikal.org-a istinadən xəbər verir ki, bu barədə Z.Kamal sosial şəbəkədə məlumat verib:

""Xəzər" TV ilə yollarımı ayırdım. Bir az istirahət etmək istəyirəm. İnşallah, yenə görüşəcəyik".

Qeyd edək ki, bir müddət əvvəl Z.Kamalın "Xəzər"in nəzdində fəaliyyət göstərən "Dalğa" TV-də fəaliyyət göstərəcəyi deyilirdi.

Milli.Az