Millimizin rəqibinin baş məşqçisi istefaya göndərildi

15 Dekabr 2020 10:06

Millimizin DÇ-2022-nin seçmə mərhələsinin A qrupundakı rəqiblərindən olan Serbiya yığmasının baş məşqçisi Lyubişa Tumbakoviç istefaya göndərilib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

68 yaşlı mütəxəsislə  Avro-2020-nin seçmə mərhələsindəki uğursuz nəticələrə görə yolların ayrıldığı bildirilib. Komanda pley-off mərhələsində Şotlandiyaya uduzaraq (əsas vaxt - 1:1, penaltilər seriyası - 4:5) Avropa çempionatına vəsiqə qazana bilməyib.

Qeyd edək ki, A qrupunda Azərbaycan və Serbiya milliləri ilə yanaşı, Portuqaliya, İrlandiya və Lüksemburq də yer alıb.

Milli.Az