Bakının Suraxanı rayonunda 83 yaşlı kişini avtomobil vurub.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Zığ qəsəbəsində baş verib.
1937-ci il təvəllüdlü Qəniyev Valeh Məcid oğlu yol kənarında hərəkətdə olan zaman onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerlışdirilib. 3 nömrəli şəhər xəstəxanasının həkimlərinin verdiyi məlumata görə, yaralı reanimasiya şöbəsinə yerləşdirilib və vəziyyəti ağırdır.
Milli.Az