Oğuzda ev yanıb

14 Dekabr 2020 20:09

Oğuz rayonunun Padar kəndində ümumi sahəsi 289 m² olan birmərtəbəli evin çardağının yanar konstruksiyaları 48 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a bildirilib ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az