Netanyahu üçüncü dəfə özünütəcrid rejiminə keçdi

14 Dekabr 2020 20:45

İsrailin Baş Naziri Binyamin Netanyahu koronavirusa yoluxmuş şəxslə təmasda olduğu üçün dekabrın 18-dək özünütəcrid rejimində olacaq.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə İsrail hökumətinin mətbuat katibi Anna Yonatan-Leus bildirib. Onun sözlərinə görə, Netanyahu iki dəfə test verib və nəticələr neqativ çıxsa da, özünütəcrid rejimində olacaq.

Qeyd edək ki, bu, Netanyahunun artıq üçüncü özünütəcrid rejimidir.

Milli.Az