Zidandan püşkə münasibət

14 Dekabr 2020 19:30

"Real"ın baş məşqçisi Zinəddin Zidan Çempionlar Liqasının 1/8 finalının püşkünü dəyərləndirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, fransalı mütəxəssis "Marca"ya qısa açıqlamasnda bunları deyib:

"Bu komandanı tanıyırıq. Rəqibə çox hörmət edirik. "Atalanta" ilə ilk oyun fevral ayında oıacaq, amma indi məni həqiqətən narahat edən sabahkı (İspaniya çempionatında "Atletik"lə qarşılaşma - Red.) oyun dur.

Qeyd edək ki, "Real"la "Atalanta" arasında ilk oyun İtaliyada olacaq. Matçın vaxtı hələlik açıqlanmayıb.

Milli.Az