Türkiyə klubunun prezidenti istefa verib

14 Dekabr 2020 20:19

Türkiyənin "Ərzurum BB" klubunun prezidenti Hüseyin Üneş vəzifəsindən istefa verib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Super Liqa klubu məlumat yayıb.

Bildirilib ki, boş qalan postu hələlik vitse-prezident Ömər Düzgün tutacaq. Prezidentin istefası barədə məlumat verilməsə də, bunu uğursuz çıxışla əlaqələndirirlər.

Qeyd edək ki, "Ərzurum BB" 12 turdan sonra 9 xalla turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Milli.Az