Çempionlar Liqasının son qalibi olan Almaniyanın "Bavariya" klubu 1/8 final mərhələsində İtaliya təmsilçisi "Latsio" ilə qarşılaşacaq.
Milli.Az apasport.az-a istinadla bildirir ki, münhenlilərin apennin klubları ilə qitənin ən nüfuzlu turnirindəki duelləri uğurlu alınıb.
"Bavariya" bu turnirin son 8 görüşündə italyanlara məğlub olmayıb. Həmin matçların 6-da qələbə qazanan Bundesliqa çempionu 2 dəfə rəqibləri ilə heç-heçə edib.
Qeyd edək ki, 2021-ci il fevralın 16-17-də və 23-24-də baş tutacaq 1/8 final mərhələsində "Bavariya" ilk oyununu səfərdə keçirəcək.
Milli.Az