Gələn il qlobal elektrik enerjisi tələbatı 3 faiz artacaq

14 Dekabr 2020 21:54

2021-ci ildə qlobal iqtisadiyyatın bərpa olunmağa başlaması ilə elektrik enerjisinə tələbat da 3 faiz artacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Beynəlxalq Enerji Agentliyi (IEA) məlumat yayıb.

Məlumata görə, inkişaf etməkdə olan iqtisadiyyatlar, xüsusən də Çin və Hindistan elektrik enerjisi tələbatının artmasında əsas rol oynayacaq.

Milli.Az