Kamil Zeynallı yenə həbs edildi

14 Dekabr 2020 16:11

Fitnes məşqçisi Kamil Zeynallı yenidən həbs edilib.

Milli.Az bildirir ki, o Göygöl rayonu ərazisində polislər tərəfindən saxlanılıb.

O, işğaldan azad edilmiş əraziyə səfər etmək istəyib. Polislərin qanuni tələblərinə məhəl qoymayan K.Zeynallı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.

Məşqçinin barəsində toplanan materiallar Göygöl rayon məhkəməsinə göndərilib.

Bundan əvvəl, K.Zeynallı karantin qaydalarını pozduğuna, eləcə də ictimai asayişi pozduğuna görə bir neçə dəfə saxlanılıb.

Milli.Az