Füzuli döyüşlərinin şəhidi - Kiçik gizir Anar Məmmədov

14 Dekabr 2020 15:39

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının kiçik giziri Məmmədov Anar Zəhəddin oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, A.Məmmədov 1992-ci ildə Saatlı rayonunun Azadkənd kəndində anadan olub.

O, oktyabrın 17-da Füzuli istiqamətində gedən döyüşlərdə şəhid olub.

Milli.Az