"Qalatasaray"ın futbolçusu koronavirusa yoluxdu

14 Dekabr 2020 18:09

Türkiyənin "Qalatasaray" klubunun bir futbolçusunda koronavirus aşkarlanıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Virusa yoluxan futbolçunun adı açıqlanmasa da, 22 yaşlı yarımmüdafiəçi Kerem Aktürkoğlu testinin pozitiv çıxdığını sosial şəbəkə hesabında paylaşıb.

Milli.Az