"O qədər botoks ediblər ki, nə güldükləri, nə ağladıqları bilinir"

14 Dekabr 2020 18:00

Üzümə botoks etdirmək istəyirəm. Artıq yaş öz sözünü deyir, qırışlar başlayır. Amma yenə də 44 yaşıma görə üzüm yaxşı qalıb. Heç bir gecə-gündüz kremlərindən, gözətrafı vasitələrdən istifadə etmirəm.

Milli.Az axşam.az-a istinadən bildirir ki, bu sözləri müğənni Fədayə Laçın İnstaqramda canlı yayımda olarkən deyib. Sənətçi botoks etdirənləri lağa qoyub:

"Gedib üzlərini o qədər doldururlar ki, yanaq qalxır, mimikaları itir. Nə ağladıqları, nə güldükləri hiss olunur. Mən elə etdirməyəcəm. Təkcə gözümün yanını botoks etdirəcəm".

Fədayə Azərbaycana qayıda bilməməsi ilə bağlı suallara isə "Bakıya gələ bilmirəm. Yollar bağlıdır, Türkiyədən gələ bilərəm. Amma onda da qayıda bilməyəcəm. Burada işlərim var. İndi Azərbaycanda olsaydım çoxdan işğaldan azad olunan dağlarda idim, ancaq oralarda oxuyardım".

Milli.Az