Milli.Az azcookbook.com-a istinadən oxucularına növbəti maraqlı resepti təqdim edir.
10 pay üçün
1. Toyuq ətini bir çimdik duz əlavə edilmiş suda bişirin. Sonra süzün və kənara qoyun. Soyuduğunda əlinizlə didin.
2. Kartof, yerkökü və yumurtaları suda bişirib qabıqlarını soyun. Sürtgəcin iri dişindən keçirib, ayrı-ayrı qablara qoyun. Ayırdığınız 2 yumurta sarısını sürtgəcin xırda gözündən keçirin.
3. Hazırladığınız ərzaqları aşağıda verilən ardıcıllıqla servis qabına lay-lay düzün.
toyuq ətinin yarısı
xama-mayonez qarışığı
qozun yarısı
kartofun üçdə biri
duz
xama-mayonez qarışığı
yumurtaların yarısı
duz
yerkökünün yarısı
xama-mayonez qarışığı
4. Layları eyni şəkildə davam edin. Ən üstdə qalan üçdə bir kartof olmalıdır.
5. Axırıncı layın üstünə və istəyə görə salatın kənarlarına xama-mayonez qarışığı sürtüb, üstünə Holland pendiri sərpişdirin. Şüyüd yarpaqları və yumurta sarısı ilə salatı bəzəyin (videoya baxın).
6. Soyuducuda ən az 1 saat saxladıqdan sonra süfrəyə verin.
Hazırlanma qaydasına videoda baxa bilərsiniz. Nuş olsun!
Kulinariya xəbərlərini həmçinin bizim Facebook-dakı Mətbəx bölməsində də izləyə bilərsiniz
Milli.Az