İzmirə sel gəlib: 2 nəfər ölüb

14 Dekabr 2020 17:38

İzmirdə aramsız leysan yağışları nəticəsində Egey dənizi və Menderes çayında daşqın olub. 

Milli.Az APA-ya istinadən bildirir ki, dünən gecə saatlarında Menderes rayonunda yolu su basıb, avtomobillər sel suları altında qalıb. 

İçərisində 5 nəfər olan avtomobillərdən birini sel 800 metrəyə qədər sürükləyib, 3 nəfər özünü xilas edə bilsə də, 2 nəfər itkin düşüb. 

Bu gün itkin düşən şəxslərin meyiti tapılıb.

Milli.Az