Meydanı göz yaşları ilə tərk etdi - Neymar zədələndi

14 Dekabr 2020 15:42

PSJ-nin futbolçusu Neymar zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 28 yaşlı hücumçu ötən gün Liqa 1-in 14-cü turunda "Lion"la matçın 90+6-cı dəqiqəsində ayağından  xəsarət alıb. Braziliyalı oyunçu oyuna davam edə bilməyib və meydanı xərəkdə tərk edib. O, meydandan çıxarkən göz yaşlarını saxlaya bilməyib.

Futbolçunun durumuna tibbi müayinədən sonra aydınlıq gələcək.

Qeyd edək ki, sözügedən oyun "Lion"un 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli.Az