Vilayət Eyvazov onu Polis Akademiyasına birinci müavin TƏYİN ETDİ - FOTO

14 Dekabr 2020 14:14

Daxili İşlər orqanlarında növbəti kadr dəyişikliyi olub.

Milli.Az bildirir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə,  polis polkovniki, hüquq elmləri doktoru Əhmədov Mahir Bayram oğlu DİN-in Polis Akademiyası rəisinin birinci müavini təyin edilib.

Qeyd edək ki, o, 04.02.1992-ci ildən 28.11.2020-ci il tarixədək  DİN-in Polis Akademiyası rəisinin tədris və elmi işlər üzrə müavini vəzifəsində xidmət edib.

Milli.Az