Təbii qaz bahalaşıb

14 Dekabr 2020 10:06

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, gələn ilin yanvarında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 2,89% artaraq 2,671 ABŞ dolları təşkil edib.

Milli.Az