Koronavirusun növbəti əsas simptomu aşkar edildi

14 Dekabr 2020 07:35

COVID-19 infeksiyasının növbəti əsas simptomu açıqlanıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu mövzuda araşdırmalar İslandiyadan olan alimlər tərəfindən aparılıb.

Mütəxəssislər müəyyən ediblər ki, COVID-19 xəstələrinin yarısından çoxunda (55 faiz) miyalgiya var.

Xəstələr əzələlərdə, bağlarda, yumşaq birləşdirici toxumalarda, sümüklərdə və digər orqanlarda ağrı hiss edirlər.

Bundan əlavə, COVID-19-un digər ümumi simptomları da açıqlanıb. Bunların arasında baş ağrısı (51 faiz) və öskürək (49 faiz) var.

Qeyd olunur ki, koronavirusu yüngül keçirən xəstələrdə tez-tez baş ağrısı, burun tutulması olur və onlar iybilmə hisslərini itirirlər.

Milli.Az