Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən İsmayıllı rayonunda "JAC" markalı yük avtomobili yol kənarındakı hasara çırpılıb.
Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Milli.Az