Gürcüstanda son sutkada 2 720 nəfər koronavirusa yoluxub, 46 nəfər ölüb

13 Dekabr 2020 12:12

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19)  2 720 yoluxma halı qeydə alınıb, 46 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstan hökümətinin koronavirusla mübarizə çərçivəsində yaratdığı internet saytında məlumat verilib. 

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı  189 726, ölənlərin sayı isə 1790  nəfərə çatıb. Virusa yoluxanlardan 158183 nəfərin isə sağaldığı bildirilib.

Milli.Az