Siyəzəndə avtomobil aşıb, sürücü xəsarət alıb

13 Dekabr 2020 11:30

Siyəzən rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az bildirir ki, 1985-ci il təvəllüdlü Bayramov Vüqar Qəşəm oğlunun idarə etdiyi avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb.

Qəza nəticəsində bədən xəsarətləri alan yaralı Bakıda yerləşən xəstəxanaların birinə gətirilib və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az