ABŞ və Kanada arasında sərhədin bağlı qalma müddəti uzadılıb

13 Dekabr 2020 11:00

ABŞ və Kanada arasında sərhədin vacib olmayan səfərlər üçün bağlı qalma müddəti daha bir ay uzadılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Kanada İctimai Təhlükəsizlik Nazirliyi "Tvitter" hesabında məlumat yayıb.

Nazirliyin məlumatında bildirilir ki, yeni növ koronavirusun (COVD-19) yayılması səviyyəsini azaltmaq üçün ABŞ-Kanada sərhədinin vacib olmayan səfərlər üçün bağlı qalma müddəti 21 yanvar 2021-ci ilə qədər uzadılıb.

Qeyd edək ki, iki ölkə arasında hərəkətin məhdudlaşdırılması ilə bağlı qərar 21 mart 2020-ci ildə qəbul edilib və indiyə qədər 9 dəfə uzadılıb.

Milli.Az