Yevlaxda iki yük avtomobili toqquşub, ölən var

13 Dekabr 2020 10:42

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Yevlax şəhəri ərazisində "Mercedes" markalı yük avtomobili yol kənarında dayanmış "Mercedes" markalı yük avtomobilinə çırpılıb.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Aran Regional Mərkəzinin xilasetmə qüvvələri sıxılı vəziyyətdə qalan 1985-ci il təvəllüdlü Cabbarova Firuzə İsmayıl qızının meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Milli.Az