Vətən Müharibəsində neçə idmançımız şəhid olub?

12 Dekabr 2020 22:28

İkinci Qarabağ müharibəsində 478 idmançımız döyüşüb.

Milli.Az xəbər verir ki, bu barədə Azərbaycan İdman Jurnalistləri Federasiyasının prezidenti Qabil Mehdiyev "Feysbuk" səhifəsində yazıb. 478 idmançımızdan 54 nəfəri şəhid olub, 51-i yaralanıb, 2 idmançımız itkin düşüb.

Bundan başqa, üç idman jurnalistimiz müharibədə iştirak edib və onlardan biri yaralanıb.

Şəhidlərimizə rəhmət diləyir, yaralılarımıza isə şəfa arzulayırıq.

Milli.Az