Cəbrayıl döyüşlərinin şəhidi - DİN giziri Cahid Tağızadə - FOTO

12 Dekabr 2020 15:28

Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının giziri Tağızadə Cahid Vahid oğlu Vətən Müharibəsinin şəhidlərindəndir.

Nazirlikdən Milli.Az-a verilən məlumata görə, C.Tağızadə 1988-ci ildə Bərdə rayonunun Mirzalıbəyli kəndində anadan olub.

O, oktyabrın 3-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub.

Evli idi, 2 övladı var.

Milli.Az