"Biri-birimizin həyatını asanlaşdırırıq"

12 Dekabr 2020 16:27

Hazırda "Masumlar apartmanı" serialında rol alan aktyor Birkan Sokullu "Hello" jurnalına şəxsi həyatından danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor 1,5 ildir eşq yaşadığı Eda Gürkaynak ilə münasibətindən söhbət açıb:

"Əvvəl fərqli şəhərlərdə yaşadıq. Bu bizə birlikdə olduğumuz vaxtda gözəl və əyləncəli vaxt keçirməyi öyrətdi. Pozitiv enerjimiz var. Biri-birimizin həyatını asanlaşdırırıq".

Milli.Az