Azərbaycan polisinə yeni xidməti avtomobillər verildi - VİDEO - FOTO

12 Dekabr 2020 10:25

Daxili işlər orqanları əməkdaşlarına yeni avtomobillər verilib.

Milli.Az Trend-ə istinadən bildirir ki, yeni pikap avtomobilləri müasir yeni mobil cihazlarla təmin olunub. Amerika istehsalı olan yeni avtomobillər artıq polislərə təqdim olunub. Avtomobillər, əsasən, post-patrul xidməti şəxsi heyəti üçün nəzərdə tutulub. Qabaqcıl dövlətlərin polis xidmətlərinin istifadə etdiyi bu avtomobillər daha cəld manevr qabiliyyətinə malikdir.

Azərbaycan polisi artıq yeni avtomobillərlə xidmətə başlayıblar.

Milli.Az