Azərbaycan məhsulları Dubayda beynəlxalq sərgidə nümayiş olunacaq

12 Dekabr 2020 10:37

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu ("Azpromo") ölkədə qida sənayesi sahəsində fəaliyyət göstərən sahibkarları beynəlxalq sərgidə iştiraka dəvət edib.

Fonddan Milli.Az-a verilən məlumata görə, gələn ilin 21-25 fevral tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində "Gulfood" beynəlxalq qida sərgisi keçiriləcək.

Sərgidə iştirak şərtləri barədə ətraflı məlumatı İqtisadiyyat Nazirliyinin və "Azpromo"nun rəsmi internet səhifələrində əldə etmək olar.

Milli.Az