“Pfizer”in peyvəndi bir neçə həftə ərzində ÜST tərəfindən qiymətləndiriləcək

12 Dekabr 2020 11:48

"Pfizer" şirkətinin koronavirus əleyhinə istehsal etdiyi peyvənd bir neçə həftə ərzində qiymətləndiriləcək. 

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının məlumatında bildirilib.

Qeyd edilib ki, ÜST-ün komissiyası tərəfindən şirkətin müvafiq sənədləri nəzərdən keçirəcək, həmçinin, peyvəndin effektivlik dərəcəsi qiymətləndiriləcək. Nəticələr barədə rəyin ictimaiyyətə açıqlanacağı bildirilib.

Milli.Az