Təbii qaz bahalaşıb

12 Dekabr 2020 10:05

Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb.

Milli.Az APA-ya istinadən bildirir ki, gələn ilin yanvarında çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit - Britaniya istilik vahidi) görə 1,49% artaraq 2,59 ABŞ dolları təşkil edib.

Milli.Az