İbrahimoviç növbəti oyunu da buraxa bilər

12 Dekabr 2020 09:33

"Milan"ın zədəli futbolçusu Zlatan İbrahimoviç A Seriyasının 11-ci turunda "Parma" ilə matçı buraxa bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 39 yaşlı hücumçu hələ də komanda ilə məşqlərə qatılmayıb və fərdi hazırlıq prosesi keçirir.

İsveçli oyunçu noyabrın 22-də "Napoli" ilə görüşdə (3:1) xəsarət almışdı.

Qeyd edək ki, dekabrın 13-də keçiriləcək "Milan" - "Parma" qarşılaşması Bakı vaxtı ilə 23:45-də başlayacaq.

Milli.Az