Moratanın cəzasını azaltdı

12 Dekabr 2020 08:18

"Yuventus"un futbolçusu Alvaro Moratanın cəzası yüngülləşdirilib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, bu barədə qərarı İtaliya Futbol Federasiyası verib.

Qurum  "Benevento" ilə A seriyasının oyununda (1:1) hakimə qarşı qeyri-etik davranışı üçün 2 oyunluq diskvalifikasiya olunan hücumçu ilə bağlı apelyasiyanı müsbət cavablandırıb. Cəzası bir oyuna endirilən Morata "Cenoa" ilə həftəsonu keçiriləcək qarşılaşmada meydana çıxa biləcək.

Qeyd edək ki, Alvaro 8 min avro cərimə ödəməli olacaq.

Milli.Az