Ermənistanda Rusiya sülhməramlılarının yük avtomobili qəzaya düşüb

12 Dekabr 2020 08:33

Dekabrın 11-də Ermənistanın Meqri şəhərində Rusiya sülhməramlılarının şəxsi heyət üçün ərzaq daşıyan "KaMAZ" markalı hərbi yük maşını İrana məxsus yük avtomobili ilə toqquşub.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Telegram" kanalında hadisənin görüntüləri yayılıb.

İlkin məlumata görə, 2 sülhməramlı əsgər yaralanıb. Qəzanın başvermə səbəbləri barədə məlumat verilməyib.

Milli.Az